Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin təşkil etdiyi ilk veriliş

0



  •         29.09.2017-ci il tarixdə "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin təşkilatçılığı ilə Dəliməmmədli şəhərində fəaliyyət göstərən "Tac" şadlıq sarayında Goranboy rayon sakini, müğənni, keçmiş döyüşçü Rəhim Quliyevin döyüş yolundan bəhs edən veriliş hazırlandı. Verilişdə "Dünya və Azərbaycan həqiqətləri" ictimai birliyinin sədri Valeh Hüseynov, Rəhim Quliyev və sənətini davam etdirən övladı Rəhman Quliyev, döyüş yoldaşları - Etibar Allahverdiyev, Rəhman Namazov, Çərkəz Ələsgərov, Sahil Məmmədov, Məhərrəm Əliquliyev və "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu iştirak etdi.
            Valeh Hüseynov çıxışında Rəhim Quliyevin məlahətli səsə sahib olduğunu və Qarabağ uğrunda gedən döyüşlərdə ifa etdiyi mahnılarla döyüş yoldaşlarına mənəvi güc verdiyini bildirdi. İctimai birliyin təşkil etdiyi ilk verilişin Rəhman Quliyevə həsr edilməsi təsadüfi deyildir. Döyüş yoldaşları onunla yanaşı düşmənlərlə layiqli mübarizə apardıqlarını vurğuladılar. Qeyd etdilər ki, Rəhim həm özü döyüşür, həm də ifa etdiyi mahnılarla əsgərləri döyüşə ruhlandırırdı. Həmin vaxtlar Aztv-də efirə gedən "Durna teli" proqramı üçün Sərsəng su anbarının üstündə heç bir musiqi aləti müşayiət etmədən gur səslə oxuduğu "Azərbaycan" mahnısı bütün döyüş yoldaşlarının əbədi yaddaşına həkk olunmuş və əziz xatirəsinə çevrilmişdir. Düşmənlərə qarşı igidliklə mübarizə aparan döyüşçülər hər zaman döyüş meydanlarına atılmağa hazır olduqlarını bildirdilər.
            Rəhim Quliyev 1987-ci ildə dostu Mehmanla birlikdə "İdeal" musiqi ansambılını yaratmışdır. I Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılmış və ön cəbhələrdə döyüşmüşdür. O, səsinin oxşarlığına görə özünü karifey sənətkar Rəşid Behbudovun davamçısı sayır.
            Veriliş əsnasında Rəhim Quliyev və oğlu Rəhman milli ruhda mahnılar oxudular. Valeh Hüseynov gitarada ifa etdi.
            Veriliş torpaqlarımızın yağı düşmən tapdağından azad olunması günün arzusu ilə yekunlaşdı.




















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib32 dəfə
    "Dünya Azərbaycan həqiqətləri" ictimai birliyinin təşkil etdiyi ilk veriliş

    Maraqlı gələ bilər
    6
    19
    36
    50